Xoy məntəqəsində baş vermiş zəlzələdən zərərçəkənlərə xeyriyyə yardımı edilib

Xoy məntəqəsində baş vermiş zəlzələdən zərərçəkənlərə xeyriyyə yardımı edilib

GünAz TV: Fevral ayında Qərbi Azərbaycan Əyalətinində yerləşən Xoy şəhərinin Qotur məntəqəsində baş vermis zəlzələdən zərərçəkənlər hələ də ağır şəraitdə yaşayır.

 

Xüsusi ilə koronavirus epidemiyası yayıldıqdan sonra diqqətdən kənarda qalan təbii fəlakət bölgəsində qızınmaq vasitələrinə ciddi ehtiyac olduğu bildirilir.

 

Son məlumata görə, Qərbi Azərbaycan Əyalətində bir qrup xeyriyyəçi zəlzələdən zərərçəkənlərin ən zəruri ehtiyaclarını qarşılamaq qərarına gəlib, onlara humanitar yardım karvanı göndəriblər. Xeyriyyəçilərin göndərdiyi yardım daşına bilən səyyar tualet və hamam kabinələrindən ibarət olub.

 

Xatırladaq ki, fevralın 23-də Qotur məntəqəsində güclü zəlzələ baş verib, yeraltı təkanlar çox sayda kənddə dağıntılara səbəb olmuşdur. Hazırda 43 kəndin əhalisi soyuq hava şəraitində çadırlarda yaşayır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN