Zəncan Əyalətində yerləşən Əbhər düzündə yeraltı suların səviyyəsi 31 metr aşağı düşüb

Zəncan Əyalətində yerləşən Əbhər düzündə yeraltı suların səviyyəsi 31 metr aşağı düşüb

GünAz TV: Zəncan Əyalətinin Məntəqələr üzrə Su Şirkətinin icraçı direktoru Əbhər düzündə yeraltı suların səviyyəsinin kəskin şəkildə aşağı düşdüyünü bildirib.

 

Yusif Rzapur bu barədə mətbuat nümayəndələrinin qarşısında çıxış edib.

 

“Əbhər düzündə yeraltı sularının səviyəsi 31 metr aşağı düşüb. Təssüflər olsun ki, qanunsuz şəkildə qazılan quyular vəziyyəti böhran həddinə çatdırmaqdadır.

Zəncan Əyalətində yeraltı suların səviyyəsi hər il 77 santimetr aşağı düşür. Lakin bu baxımdan Əbhər düzündə vəziyyət daha da gərgindir, bunun qarşısını almaq üçün lazımi tədbirlər alınmalıdır.”- deyə o bildirib.

 

Yusif Rzapurun sözlərinə görə, hal-hazırda Əbhər düzündə su quyularının dərinliyi 380 metrdir, lakin vaxtı ilə 200 metrdən ibarət olub.

 

Su Şirkətinin icraçı direktoru vurğulayıb ki, “yeraltı suların səviyyəsinin aşağı düşməsinin qarşısı mütləq alınmalıdır. Bunun üçün birinci növbədə quyulardan istifadəyə son qoyulmalı və sel suları bütün əraziyə yayılmalıdır.”

 

Güney Azərbaycanın əksər bölgələrində yerüstü və yeraltı su ehtiyatları azalır. Bu əsasən su mənbələri, sulardan istifadə təzri, sulardan istifadənin göstəriciləri və s. kimi amillərlə bağlıdır. Dövlətin bu sahəni təxminən nəzarətsiz buraxması su ehtiyatlarının günü-gündən azalması ilə nəticələnir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN