Zəncan Əyalətində yol qəzalarının sayı artıb

Zəncan Əyalətində yol qəzalarının sayı artıb

GünAz TV: Güney Azərbaycanın Zəncan Əyaləti yollarında baş verən yol qəzalarının sayı artıb.

 

Bu barədə Zəncan Əyaləti Polis İdarəsinin rəisi Əli Əsğər Şirməhəmmədi “Fars” xəbər agentliyinə məlumat verib.

 

“Ötən ay (hicri-şəmsi təqvimi ilə mordad ayı) Zəncan Əyalətində 23 nəfərin ölümü ilə nəticələnən 19 yol qəzası baş verib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 qəza hadisəsi və 3 ölüm faktının azaldığını göstərir.

 

Əyalətin yollarında xəsarət alma ilə nəticələnən yol qəzalarında da 16 faiz azalma müşahidə olunur. Ötən ay müxtəlif dərəcəli bədən xəsarətlərinə səbəb olan 126 yol qəzası faktı qeydə alınıb”- deyə o bildirib.

 

Polis rəisi ötən ay Zəncan Əyalətinin yollarında ümumi olaraq 313 yol qəzası faktının qeydə alındığını, bu rəqəmin ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artdığını bildirib. O həmçinin əlavə edib ki, “əyalətdə maddi ziyana səbəb olan 182 yol qəzası baş verib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artım göstərir.”

 

Əli Əsğər Şirməhəmməddi yol qəzalarının 22 faizinin avtomobillərin yoldan çıxaraq aşması nəticəsində meydana gəldiyini deyib.

 

Qeyd edək ki, hər il Güney Azərbaycanda minlərlə insan müxtəlif yol-nəqliyyat hadisələrində həyatını itirir. Ekspertlər yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini buna əsas səbəb kimi göstərir.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN