Zəncanda avtobus sürücüləri etiraz aksiyası keçirib

2017-06-19 15:23

GünAz TV: Zəncanda bir qrup avtobus və mikroavtobus sürücüsü Valilik binası qarşısında etiraz yığıncağı keçirib.

 

İyunun 19-da bir araya gələn sürücülər Neft Şirkətinin avtobuslara yanacaq verməsində tətbiq edilən dəyişikliyə etiraz edərək bunun qəbul edilməz olduğunu vurğulayıblar.

 

Bu barədə etirazçılardan biri “Fars” xəbər agentliyinə açıqlama verib: “Buraya toplaşmağımızın iki əsas səbəbi var. Biri Neft Şirkətinin avtobuslara verdiyi yanacaqla bağlı yeni qaydalar tətbiq etməsi, digəri avtobusların Taksi Servis Şirkətinin nəzarəti altına verilməsidir. 

Neft Şirkəti Təbriz, Urmiyə və Tehranda əvvəlki qaydada işləyir, lakin Zəncanda yeni qayda tətbiq olunur. Artıq Zəncanda bir neçə nəfərin yanacaq kartı da ləğv edilib. Onlara bildirilib ki, siz yenidən qeydiyyata alınmalısınız və Taksi Sirvisi Şirkəti sizin maşına GPS sistemi quraşdırmalıdır.”

 

O sözlərinin davamında deyib: “Neft Şirkəti qət olunan məsafəyə uyğun olaraq yanacaq vermək istəyir. lakin biz deyirik ki, bizim yanacaq kartımız var və nə qədər yanacaq məsrəf etdiyimiz də bəllidir. Biz artıq yanacaq almırıq, əgər kimsə yanacaq qaçaqmalıçılığı ilə məşğul olur, ona qarşı tədbir alınsın.

Ümumiyyətlə Zəncanda yanacaq qaçaqmalçılığı yoxdur. Belə iddialar gülünc və yanacaq kartını ləğv etmək üçün bəhanədir”- deyə zəncanlı sürücü qeyd edib.

 

Xəbər agentliyinə danışan şəxs keçirilən yığıncağın digər səbəbini də açıqlayıb: “Avtobusları Taksi Servis Şirkətinin nəzarəti altına verirlər. Yeni şirkət bunun üçün 150 min tümən nağd pul və 15 milyon tümənlik mülki vəsiqə tələb edir. Bu işin mürəkkəb idari bürokratiytası var və problemdən başqa heç nə deyil”- deyə o vurğulayıb.

 

Etirazçı sürücü bu layihənin sadəcə Zəncanda həyata keçirildiyini xatırladaraq əlavə edib ki, bu iş çoxlu sənəd və vəsait tələb edir və müşahidələr göstərir ki, gələcəkdə daha çox vəsait tələb olunacaq. “Bizim özümüzün dərnəyimiz var. Məsullar isə tələb edir ki, biz Taksi Servis Şirkətinin nəzarəti altında fəaliyyət göstərək və bu şirkətin vasitəsi ilə müxtəlif orqanlarla müqavilə bağlayaq. Biz nəyə görə öz müstəqil fəaliyyətimizi itirməliyik”- deyə o bildirib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.26.2020 : “Ermənistanın PKK və kürd terrorcularını Dağlıq Qarabağa yerləsdirməsi Amerika mətbuatında”

2020-09-26

gun az article

Güney Azərbaycanın Zəncan, Qəzvin və Şərqi Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-26

gun az article

Təbrizdə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər də yaralanıb

2020-09-26

gun az article

Əbhərin Köynək kəndinin türk adı təhrif edilərək fars sözü ilə dəyişdirilib

2020-09-26

gun az article

Təbriz futbolunun atası Böyük Səbbağ vəfat edib

2020-09-26

gun az article

Güney Azərbaycanlı milli fəallar İbrahim Cəfərzadə və xanımı Mina Kəhrubayinin ölümünün 9-cu ildönümüdür

2020-09-26

gun az article

GünazTV Sep.25.2020-QADINCA: Mina Kəhrubayi və İbrahim Cəfərzadənin xatirəsinə, İran'da "hicab"zorunluğu sorunu

2020-09-26

gun az article

GünazTV Sep.25.2020: Azadlıq səsi: Azərbaycanda hərbi səfərbərlik xidmətinə çağrış

2020-09-26

gun az article

GünazTV Sep.25.2020 : “Ermənistana artmaqda olan silah təchizatından rəsmi Bakı ciddi narahatdır.”

2020-09-25

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-25

gun az article

Azərbaycanda sərmayə yatırmaq istəyən sahibkar müflis edilib + VİDEO

2020-09-25

gun az article

Qaradağın yeraltı sərvətlərinin talanması davam edir + VİDEO

2020-09-25

gun az article

Güney azərbaycanlı milli fəal Səhənd Məali yenidən həbsxanaya qayıdıb

2020-09-25

gun az article

GünazTV Sep.24.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-25

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Məktəblərin Açılışı və Anadilimiz(1/2)-Qarabağda Savaş Başlarsa Nə Etməliyik?(2/2)

2020-09-25

gun az article

GünazTV Sep.24.2020 : “İran Prezidentinin “bəraət” cıxışı”

2020-09-24

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-24

gun az article

Milli fəal Qulam Quluzadə azadlığa buraxılıb

2020-09-24

gun az article

Azərbaycanlı milli fəal Abdulla Səduqi saxlanılıb

2020-09-24

gun az article

İranın ən böyük avtomobilqayırma zavodunun xəritəsində terror qruplaşmalarının Azərbaycana qarşı mövqeyinə yer verilib

2020-09-24