Zəncanda beyin ölümünə düçar olmuş 28 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb

Zəncanda beyin ölümünə düçar olmuş 28 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb

GünAz TV: Zəncan Əyalətində cari ildə (İranda yeni il Novruz bayramında başlayır) beyin ölümünə düçar olmuş 28 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb.


Əyalətdə 27 və 28-ci bədən orqanı bağışlanması faktı ötən həftə qeydə alınıb. Məlumata görə, 33 yaşlı qadının ürək, qara ciyər və böyrəkləri, 56 yaşlı kişinin isə qara ciyər və böyrəkləri bir neçə nəfəri ölümün çəngindən xilas edib.


“Fars” xəbər agentliyi yaydığı xəbərdə Zəncan Əyalətində bədən orqanlarının bağışlanması ənənəsinin geniş yayıldığını bildirib.


İranda orqanların bağışlanması beyin ölümünə düçar olmuş insanların ailə üzvlərinin icazəsi ilə baş verir.


Güney Azərbaycanda soydaşlarımız hər zaman humanizm prinsiplərinə sadiq qaldıqlarını müxtəlif formalarda nümayiş etdirir. Bədən orqanlarının ehtiyacı olan xəstələrə pulsuz bağışlanması ənənəsinin geniş yayılması şübhəsiz ki, Azərbaycan diyarında ülvi və müqəddəs dəyərlərin yaşadığına dəlalət edən faktlardandır.


N.S



HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN