Zəncanda bir soydaşımız Bələdiyyə İdarəsinin işçiləri tərəfindən döyülüb – VİDEO

Zəncanda bir soydaşımız Bələdiyyə İdarəsinin işçiləri tərəfindən döyülüb – VİDEO

GünAz TV: Ötən həftə Güney Azərbaycanın Zəncan (Zəngan) şəhərində bir soydaşımız Bələdiyyə İdarəsinin işçiləri tərəfindən şiddətlə döyülüb.

 

Avqustun 20-də baş verən hadisə ilə bağlı Zəncan xəbər agentliklərinin birinə Video göndərilib. Materialı göndərən şəxs bildirib ki, bir nəfər tikilməkdə olan evinin qarşısında kərpiç toplayarkən Bələdiyyə işçiləri əraziyə gəlib, onlar da kərpiç toplamağa başlayıblar.

 

Bundan sonra, ev sahibi Bələdiyyə işçilərinin bu işinin səbəbini soruşub, onlardan ikisi həmin şəxsə hücum edərək onu döyməyə başlayıblar. Ev sahibi ona qarşı zorakığılın səbəbini soruşunca, “Nə üçün kərpiçlər əraziyə dağıdılıb, biz sənin nökərin deyilik ki, bunları toplayaq”- deyə Bələdiyyə işçiləri cavab verib.

 

Videonu göndərən şəxs həmin binanın tikilməsi ilə bağlı lazımi sənədlərin öncədən alındığını qeyd edib.

 

Döyülən şəxs Bələdiyyə işçilərindən şikayət etdiyini bildirib.

 

Güney Azərbaycanın müxtəlif şəhərlərində vaxtaşırı Bələdiyyə işçilərinin belə qanunsuz hərəkətlərinə, xüsusi ilə də səyyar satıcılara qarşı rast gəlinir. Bu barədə dəfələrlə sosial şəbəkələrdə videolar yayılıb və etiraz edilib, lakin Bələdiyyə İdarəsi işçilərinin zəhmətkeş əhaliyə qarşı davranışlarında heç bir dəyişiklik hiss olunmur.

 

Video:

https://www.youtube.com/watch?time_continue=9&v=368CdGpvyhE

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN