Zəncanda türk dili və ədəbiyyatı kursları layihəsinin növbəti mərhələsi başlayıb

Zəncanda türk dili və ədəbiyyatı kursları layihəsinin növbəti mərhələsi başlayıb

GünAz TV: Güney Azərbaycanda Zəncan şəhərinin Xomeyni Mədəniyyət Sarayında türk dili və ədəbiyyatı üzrə qış fəsli kursları fəaliyyətə başlayıb. 

 

Bu barədə Zəncan Şəhəri İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi xanım İranə Heydəri məlumat verib.

“Artıq türk dili və ədəbiyyatı üzrə qış fəsli kursları fəaliyyətə başlayıb. “İşraq” və “Qızıl Üzən” ədəbi dərnəklərinin təşəbbüsü və əməkdaşlığı ilə keçirilən kurslar iki bölümdən ibarət olacaq.  Həftənin cümə axşamları Məhəmməd Cavad Tağılı Azərbaycan türkcəsinin qramatikası dərsliyini tədris edəcək. Bununla yanaşı iştirakçılar Frans Kafkanın dastanlarını da türk dilində oxuyacaqlar. Çarşənbə günləri isə hikayə və dramaturgiya sahəsi üzrə nəzərdə tutulan dərsliklər Əli Əsğər Ocaqlu və Hüseyn Abbasi Niya tərəfindən tədris olunacaq”- deyə o bildirib.

 

Xanım İ.Heydəri əlavə edib ki, çarşənbə günü təşkil olunan siniflərdə türk şeiri və onun tarixi haqda da məlumat veriləcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN