Zəncanda türkcə dastan oxumaq zəminində “Ravilər1” adlı mərasim keçiriləcək

Zəncanda türkcə dastan oxumaq zəminində “Ravilər1” adlı mərasim keçiriləcək

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhərində türkcə dastan oxumaq zəminində mərasim keçiriləcək. 

        

Bu barədə Zəncan İşraq Ədəbi Dərnəyinin sədri Əli Əsğər Ocaqlu məlumat verib.

 

“İşraq Dərnəyinin cari il üçün nəzərdə tutduğu tədbirlərdən biri də “Ravilər1. türkcə hikayə mərasimi”dir. Mərasim martın 5-i yerli vaxtla saat 16:00-dan 18:00-dək Zəncanın Kövsər mədəniyyət evində keçiriləcək. Mərasimə şeir və ədəbiyyatla maraqlanan çox sayda soydaşımızın qatılacağı gözlənilir”- deyə o bildirib.

 

Əli Əsğər Ocaqlu əlavə edib ki, ədəbi mərasimin həyata keçirilməsində İşraq Dərnəyi ilə Zəncan İslami İrşad və Mədəniyyət İdarəsi yaxından əməkdaşlıq edir.

 

Bir neçə ildir ki, “İşraq” və “Qızıl üzən” ədəbi dərnəkləri Zəncanda türk dili və ədəbiyyatı kursları həyata keçirir. Onların proqramları arasında türk dilinin qrammatikası, aşıq dastanlarının icrası və deyilməsi, kitab oxumaq, dastan yazmaq, şeir araşdırıb və tənqid etmək, Zəncanşünaslıq və s. kimi mövzular mövcuddur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN