Zəncanın Qavazəng bəndi qurumaq üzrədir

Zəncanın Qavazəng bəndi qurumaq üzrədir

GünAz TV: Vaxtı ilə Güney Azərbaycanın Zəncan şəhərinin tanınmış əyləncə mərkəzlərindən olan Qavazəng bəndi artıq qurumaq üzrədir.

 

Ötən illərdə insanlar həmin bənddə qayıq sürüb, balıq tutardılar, lakin avqustun 28-də bənddən çəkilmiş görüntülər, əyləncə mərkəzində suyun həcminin xeyli azaldığını, artıq qurumaq üzrə olduğunu göstərir.

 

Bəndin adi vəziyyəti belə olub

 

Qavazəng bəndi Güney Azərbaycanın təbii cazibəli məkanlarından biridir, bənd Zəncanın şimal tərəfindən Qavazəng dağının ətəyində, El dağı kompleksində yerləşir.

 

Bəndin suyu Qavazəng çayından təmin olunur, onun 0.48 milyon kubmetr həcmində tutumu var.

 

Bəndin indiki durumu

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN