5 azərbaycanlı milli-mədəni fəal məhkəmədə bəraət qazanıb – Ərdəbildə

5 azərbaycanlı milli-mədəni fəal məhkəmədə bəraət qazanıb – Ərdəbildə

GünAz TV:  Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsi 5 azərbaycanlı fəala bəraət verib.

 

Hakim Abdulla Qədimi “ölkənin təhlükəsizliyinə qarşı qanunsuz qrup yaratmaq” ittihamı ilə bağlı Ərdəbil sakini olan Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Səid Sadiqifər və Mehdi Huşmənd barəsində bəraət hökmü çıxarıb.

 

Adı çəkilən fəallar 2018-ci il iyulun 2-də Babək qalası mərasimi ərəfəsində yaxalanaraq 10 gün saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

 

Fəallar məhkəmə iclasında irəli sürülən ittihamı rədd edərək iddia edilən qrupun adı, nizamnaməsi və s. açıqlanmasını tələb ediblər. Hakim isə fəaların gətirdiyi dəlili qaneedici hesab edib və barələrində bəraət hökmü çıxarıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN