Abbas Lisani mülki vəsiqə qarşılığında sərbəst buraxılıb

Abbas Lisani mülki vəsiqə qarşılığında sərbəst buraxılıb

GünAz TV:  Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

 

İyulun 2-də Ərdəbildə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan fəal 12 gün saxlandıqdan sonra iyulun 14-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

O saxlandığı müddətdə 7 gün aclıq aksiyası keçirib.

 

Babək qalası yürüşünə bir neçə gün qalmış saxlanılan ərdəbilli fəal Təbrizin Mərkəzi Zindanına təhvil verilmişdir. Şahidlərin dediyinə görə, məmurlar fəalı yaxalarkən onun mobil telefonunu götürüblər.

 

Tanınmış azərbaycanlı fəal Təbriz Zindanının xüsusi bölümündə təknəfərlik kamerada saxlanılıb. Məlumata görə, bu müddətdə Ettelaat İdarəsinin tapşırığı ilə kimsəyə Abbas Lisani ilə görüşmək icazəsi verilməyib.

 

Fəal saxlandığı müddətdə dəfələrlə Təbrizin Ettelaat İdarəsinə aparılaraq sorğu-suala tutulub, o hər dəfə yenidən zindana qaytarılıb.

 

Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər həbs edilib, dəfələrlə saxlanılıb, işgəncələr görüb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN