Abbas Lisani və Murtaza Məhəmmədi Təbrizin Ettelaat İdarəsinə intiqal edilib

Abbas Lisani və Murtaza Məhəmmədi Təbrizin Ettelaat İdarəsinə intiqal edilib

GünAz TV: Ötən günlərdə Babək qalası yürüşü ərəfəsində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəallardan ikisinin Təbrizin Ettelaat İdarəsinə intiqal edildiyi bildirilir.

 

İyulun 2-də Ərdəbil şəhərində iş yerində yaxalanan tanınmış milli-mədəni fəal Abbas Lisani iyulun 6-da Təbrizin Ettelaat İdarəsinə intiqal edilib.

 

A.Lisani iyulun 3-də Təbrizin Ettelaat İdarəsi tərəfindən bu şəhərin mərkəzi zindanına təhvil verilmişdir. O bu müddətdə zindanın təknəfərlik kamerasında saxlanılıb, Ettelaat İdarəsinin təkidi ilə, fəal zindanda saxlandığı müddətdə kimsəyə onunla görüşmək icazəsi verilməyib.

 

Bildirilir ki, Abbas Lisani iyulun 4-ü yerli vaxtla saat 12 radələrində Təbriz zindanından Ettelaat İdarəsinə aparılaraq sorğu-suala tutulub.

 

Qeyd edək ki, Abbas Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Başqa bir xəbərə görə, azərbaycanlı fəal Murtaza Məhəmmədi Əhər zindanından Təbrizin  Ettelaat İdarəsinə köçürülüb.

 

 

O cümə günü sübh saatlarında qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Ettelaat İdarəsinə intiqal edildiyini bildirib. Əhərli fəal iyulun 5-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

 

Murtaza Məhəmmədi mədəni fəaliyyətinə görə ötən illərdə bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Güney Azərbaycan şəhərlərində Babək qalası yürüşünə  bir neçə gün qalmış həbslər dalğası başlayıb. İyulun 2-dən bəri 60-dan çox fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Babək qalası yürüşü iyulun 5-i və 6-da keçirilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN