Abbas Lisani xəstəxanaya aparılıb

Abbas Lisani xəstəxanaya aparılıb

GünAz TV: Ərdəbilin Mərkəzi Zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani həbsxanadan Ərdəbilin Fatemi xəstəxanasına aparılıb.


Fəal qarın nahiyyəsində hiss etdiyi ağrılardan zindanın poliklinikasına aparıldıqdan sonra avqustun 7-də analiz vermək və daha ciddi müalicə almaq üçün Fatemi xəstəxanasına aparılıb.


Azərbaycanlı fəal ailəsi və yaxınları ilə telefon əlaqəsi saxlayaraq xəstəxanaya aparıldığı barədə məlumat verib. Virus xəstəliyindən əziyyət çəkdiyini deyən fəalın sözlərinə görə, mütəxəssis həkim onun həbsdəki şəraiti ilə maraqlandıqdan sonra xəstəliyinin keçirdiyi aclıq aksiyasından irəli gəldiyini bildirib.


Həkim fəala analiz verdikdən sonra resept yazıb, o sonra Ərdəbil Zindanının 7-ci korpusuna qaytarılıb.


Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur.


Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.


Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.


Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.


Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.



N.S  


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN