Abbas Lisaninin 10 aylıq həbs cəzası olduğu kimi təsdiqlənib

Abbas Lisaninin 10 aylıq həbs cəzası olduğu kimi təsdiqlənib

GünAz TV: Təbriz İnqilab Məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqda qiyabi olaraq çıxarılan 10 aylıq həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb.

 

İnqilab Məhkəməsinin 2-ci şöbəsi azərbaycanlı fəalın qiyabi həbs qərarına etirazını rədd edərək yeni hökmü müttəhimin vəkilinə elan edib.

 

Hökmdə qeyd olunub: “Şərqi Azərbaycan Əyaləti Ettelaat İdarəsinin hesabatına əsasən Abbas Lisani iyulun 25-də Həsən Hergelinin (Həsən Dəmirçi) dəfn mərasimində etdiyi çıxışda islam cümhuriyyəti sisteminə qarşı qarayaxmaya cəhd edib və mərasim iştirakçılarını təhrik edərək onların millətçilik zəminində şüar səsləndirməsinə səbəb olub. Bu məsələdən ölkədaxili və xaricdəki bölücülər, həmçinin xarici kanallar bəhrələnib. Şərqi Azərbaycan Əyaləti Ettelaat İdarəsinin digər hesabatına əsasən Abbas Lisani öz evində əqidədaşları ilə söhbətdə onları qanunsuz yığıncaq, xüsusi ilə də Babək qalası mərasimi keçirməyə çağırıb.”

 

Hakim qeyd olunan faktorları əsas götürərək fəalı  sistemin əleyhinə təbliğat aparmaqda ittiham edib, onu bundan əvvəlki müvəqqəti saxlanma müddəti hesab olunmaqla 10 ay həbs cəzasına məhkum edib.

 

Birinci çıxarılan qiyabi həbs qərarı yanvarın 5-də icra olundu, lakin Abbas Lisani məhkəmə prosesinə etiraz etdikdən sonra hökmün icrası dayandırıldı və yenidən məhkəmə iclasının keçiriləcəyi gün təyin olunduqdan sonra fəal sərbəst buraxıldı. Abbas Lisani 10 gün sonra yanvarın 15-də sözügedən məhkəmə şöbəsinə müraciət edib, lakin məhkəmə iclası bitdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil zindanının karantin bölümünə intiqal edilib.

 

Abbas Lisaninin qanunsuz saxlanmasına Güney Azərbaycan şəhərlərində kəskin etiraz edilir. Bununla bağlı bir çox şəhərdə divarlara şüarlara yazılır, posterlər yayılır və plakatlar nümayiş etdirilir. İnternetdə isə “Mən də Abbas Lisaniyəm” adlı kampaniya keçirirlir, kampaniyaya qoşulanların sayı günü-gündən artır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN