Abbas Lisaninin 3-cü məhkəmə iclası keçirilib

Abbas Lisaninin 3-cü məhkəmə iclası keçirilib

GünAza TV: Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 3-cü məhkəmə iclası keçirilib.

 

Fəal iyunun 16-da keçirilən məhkəmə prosesində özünü və Güney Azərbaycan Milli Hərəkatını müdafiə edib, o məhkəmənin irəli sürdüyü bütün ittihamların əsassız və hüquqi cəhətdən etibarsız olduğunu bildirərək rədd edib.

 

Məhkəmə Ettelaat İdarəsinin raportları və dosyenin böyük olduğunu nəzərə alaraq prosesi gələcək günlərə təxirə salıb, məhkəmə iclası ilə bağlı fəala çağırış vərəqəsi göndəriləcək.

 

Yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan fəal Ərdəbilə aparılıb. O 5 aydan çoxdur ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Ərdəbil prokurorunun müavini hazırladığı iddianamədə fəala qarşı əsası olmayan 4 ağır ittiham irəli sürüb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN