Abbas Lisaninin sonuncu saxlanmasından bir il keçdi

Abbas Lisaninin sonuncu saxlanmasından bir il keçdi

GünAz TV: Tanınmış güney azərbaycxanlı milli-mədəni fəal Abbas Lisaninin sonuncu saxlanmasından bir il keçdi.

 

Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və güney azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilin Ettelaat İdarəsi, oradan isə Ərdəbilin Mərkəzi Zindanına aparıldığı məlum olmuşdur. Fəalın qanunsuz saxlanması Güney Azərbaycanda bir çox etirazlara səbəb oldu. Bundan sonra Ərdəbil Prokurorluğu fəalın bir neçə ittiham üzərindən saxlandığını elan etdi. Bu ittihamlar Abbas Lisani və onun vəkili Məhəmmədrza Fəqihi tərəfindən kəskin şəkildə rədd edildi.

 

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi gözlənilməz şəkildə fəalı iddianamədə irəli sürülən ittihamlara görə deyil, onu “qanunsuz qrup yaratmaq və onu idarə etmək”də günahlandıraraq 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum etdi. Bundan sonra bütün gözlər Apellyasiya Məhkəməsinə dikildi. Lakin Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi 8 illik həbs cəzasını 15 ilə qədər artıraraq hər kəsi təəccübləndirdi. Hökm 2019-cu il oktyabrın 1-də Abbas Lisani və onun vəkilinə açıqlandı. Apellyasiya Məhkəməsi, birinci instansiya məhkəməsinin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il həbs isə fəalın məhkəmədə bəraət qazandığı ittihamlara görə verilmişdir.

Fəalın apellyasiya məhkəməsi sentyabrın 16-da Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsinin 1-ci şöbəsində keçirilib.

 

Ağır həbs qərarı Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi, Ərdəbilin keçmiş prokuroru Nasir Ətəbati tərəfindən çıxarılıb.

 

Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirib.

 

Abbas Lisani uzun illərdir Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN