Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi saxlanılıb

Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi saxlanılıb

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi Ərdəbildə saxlanılıb.

 

Vaxtı ilə İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan Məhəmmədrza Fəqihi, Abbas Lisaninin hüquqlarını müdafiə etdiyi bir vaxtda saxlanılıb. Məlumata görə, o oktyabrın 20-də Ərdəbil prokurorunun müavini hakim Nonəhalın çağırışı əsasında prokurorluğa müraciət etdikdən sonra təcridxanaya aparılıb.

 

Hələlik vəkilin hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.

 

Məhkəmə məsulları azərbaycanlı vəkili azad etdirməyə cəhd göstərən milli-mədəni fəallara hələlik onun sərbəst buraxılması ilə bağlı qərar verilmədiyini bildirib.

 

Məhəmmədrza Fəqihi bu gün səhər saatlarında Ərdəbil zindanında Abbas Lisani ilə görüşüb. O fəalın barəsində çıxarılan ağır həbs qərarı ilə bağlı Ali Məhkəməyə şikayət etməyə hazırlaşdığı bir vaxtda saxlanılıb.

 

Tehran sakini olan ərdəbilli vəkil bundan əvvəl də məhkəmə orqanları tərəfindən saxlanma ilə təhdid edilmişdir. Ona xəbərdarlıq edilmişdir ki, Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs cəzasına məhkum edilən fəalın hüquqlarını müdafiə etməkdən imtina etməyəcəyi təqdirdə ona qarşı lazımi tədbirlər alınacaq.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN