Abbas Musəvi: “Trampla Ruhaninin görüşü gündəmdə deyil. Bu baş tutmayacaq”

Abbas Musəvi: “Trampla Ruhaninin görüşü gündəmdə deyil. Bu baş tutmayacaq”

GünazTV: İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi sentyabrın 15-də jurnalistlərə açıqlamasında İranla Amerika prezidentlərinin BMT Baş Assambleyası əsnasında mümkün görüşü barədə mediada yayılan xəbərlərə münasibət bildirib.

 

Musəvi deyib ki, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının toplantısı əsnasında Trampla Ruhaninin bir-biri ilə görüşməsi mümkün deyil: “Belə bir görüş bizim gündəmimizdə deyil. Proqramımızda da belə bir görüş nəzərə alınmayıb və hesab edirəm ki, mediada bu barədə məlumatlar yayılmasına baxmayaraq, belə bir görüş baş tutmayacaq və mən bu kimi xəbərləri təsdiq etmirəm” –deyə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi vurğulayıb.

 

Musəvi həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun tutduğu vəzifədən azad edilməsinin Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyalarının azaldılması məsələsi ilə əlaqədar olub-olmaması mövzusuna da münasibət bildirib.

 

O deyib ki, Boltonun işdən çıxarılması amerikalıların dazxili işidir: “Biz bu barədə Amerika tərəfindən hər hansı bir mesaj almamışıq. Bizim Boltonun tutduğu vəzifədən azad edilməsinin səbəbinə işimiz yoxdur. Bu onların daxili işidir və vaxtaşırı bu kimi dəyişikliklər baş verir. İran kimlərinsə səsləndirdiyi bəyanatlara fikir vermir. Çünki Tramp hökumətində Bolton kimi adamlar müvəqqətidir. Bizim diqqətimizi çəkən əsas məsələ isə Amerika rəsmilərinin əməlidir. Bizim isə amerikalılardan gördüyümüz, onların bizə qarşı maksimum təzyiq siyasətini davam etdirməsidir. Biz isə bunu özümüzə qarşı iqtisadi terrorizm adlandırırıq” –deyə Abbas Musəvi əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN