Abbas Xudayari türk dilində kitab payladığı üçün saxlanılıb

Abbas Xudayari türk dilində kitab payladığı üçün saxlanılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Abbas Xudayari Xalxal və Həşcin şəhərlərində türk dilində kitablar payladığı üçün Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

Yeni dərs ili ərəfəsində əhali arasında kitab paylayan fəal sentyabrın 21-də yaxalanıb, onun Xalxal şəhərinin Ettelaat Şöbəsinə aparıldığı bildirilir.

 

Məlumata görə, azərbaycanlı fəal kitabları yeni dərs ilinə bir neçə gün qalmış əsasən uşaqlar arasında paylayıb.

 

Milli-mədəni fəallar İranda ana dilində təhsilə qadağa qoyulduğu üçün təhsil müəssisələrinin açılışı zamanı azərbaycanlı uşaqlar arasında türk dilində kitablar paylayırlar. Fəalların bu hərəkəti son illərdə bir ənənəyə çevrilib.

 

Abbas Xudayari bundan əvvəl Babək qalası yürüşü zamanı təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o Kəleybər təcridxanasında bir həftədən çox saxlanılmışdır.

 

Qeyd edək ki, İran və Güney Azərbaycanda sentyabrın 23-də (mehrin 1-i) yeni dərs ili başlayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN