Aclıq aksiyası keçirməkdə olan Siyamək Mirzayinin sağlamlıq durumu nigaranlıq doğurur

2019-07-15 12:06

GünAz TV: Tehranın Evin zindanının təknəfərlik kamerasında aclıq aksiyası keçirməkdə olan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin sağlamlıq durumu nigaranlıq doğurur.

 

Aclığa başladığından iki həftə keçən fəalın durumu barədə heç bir məlumat verilmir, bu vəziyyət onun ailəsi və yaxınlarının nigaranlığına səbəb olub.

 

Azərbaycanlı fəalın ailə üzvləri ilə görüşməsi və ya telefon əlaqəsi saxlamasına da qadağa qoyulub.

 

Siyamək Mirzayi aclıq aksiyasına başladığı gündən ona həbsxanada təzyiqlər artıb. O sonuncu dəfə iyulun 5-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb. 

 

Güney azərbaycanlı fəal 3 illik həbs müddətini Tehranın Evin zindanında başa vurmasına baxmayaraq azadlığa buraxılmır, o Ettelaat Nazirliyinin nəzarətində olan zindanının 209-cu korpusuna intiqal edilib.


Fəal təhlükəsizlik orqanları və məhkəmə məsullarının qanunsuz qərarına etiraz olaraq iyulun 1-dən aclıq aksiyası keçirir.


Siyamək Mirzayi 2016-cı il iyunun 24-də Ərdəbilə yaxın Parsabad şəhərində saxlanılıb. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.


Siyamək Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun azadlığa buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub. Lakin məhkəmə məsulları təyin olunan vəsiqəni qəbul etməkdən imtina edir və bu şəkildə fəalın azadlığa buraxılmasına maneçilik yaradırlar.


Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanada Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.


Fəal irəli sürülən ittihamı saxta və əsassız adlandırıb və bildirib ki, bu, təhlükəsizlik qüvvələri tərəfindən ona təzyiq göstərilməsi və azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.


Xatırladaq ki, güney Azərbaycanlı fəallar ötən günlərdə Azərbaycan şəhərləri və Tehranın müxtəlif məhəllələrində divarlara posterlər yapışdıraraq tanınmış fəal Siyamək Mirzayinin azadlığa buraxılmasını tələb ediblər, onun saxlanmasına qarşı etirazlar davam edir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16