Aydın Zakiri sərbəst buraxılıb

Aydın Zakiri sərbəst buraxılıb

GünAz TV: İki gün əvvəl Meşginşəhrdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Aydın Zakiri sərbəst buraxılıb.

 

Fəal avqustun 2-də Meşginşəhr İnqilab Məhkəməsinə (Dadsəra) aparıldıqdan sonra qeyd-şərtsiz azad edilib. Növbətçi hakim fəalın gözlənilən Savalan dağı mərasimində mümkün iştirakı ilə bağlı saxlandığını qeyd edib.

 

Təhlükəsizlik qüvvələri cümə axşamı günü, avqustun 1-də  azərbaycanlı fəalın iş yerinə müraciət edərək onu saxlamışdır.

 

Deyilənlərə görə, təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün fəalı yaxalarkən onun və yaxınlarının müqaviməti ilə üzləşib, nəticədə qarşıdurma yaranıb. Fəala qarşı güc tətbiq edən məmurların gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib.

 

Mədəni fəallar və dağçı gənclər bir neçə ildir ki, yayın orta ayında Savalan dağının ətəyində toplaşır. Mərasimdə Azərbaycan türk millətinin demokratik və milli hüquqlarının təmin olunması tələb olunur.

 

Aydın Zakiri bundan əvvəl 2015-ci il fevralın 21-də, Beynəlxalq Ana Dili Günündə təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN