Azərbaycan şəhərlərində Rəsul Rəzəvinin azadlığını tələb edən Bildirilər yayılıb - GÖRÜNTÜ

2016-10-30 21:43

GünAz TV: Güney Azərbaycanın müxtəlif şəhərlərində Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan və oktyabrın 4-dən aclıq aksiyasına başlayan azərbaycanlı fəalın azadlığı tələb olunur.

 

Məlumata görə, Azərbaycanın müxtəlif şəhərərində Rəsul Rəzəvinin həbsindən bəhs edən və onun qeyd-şərtsiz azadlığını tələb edən çox sayda Bildiri yayılıb. Bildirilərə şəhərlərin müxtəlif məntəqələrində divarlar üzərində də rast gəlinir.

 

Ötən günlərdə isə azərbaycanlı mədəni fəallar təhlükəsizlik qüvvələri tərəfindən törədilən bütün təhlükələrə baxmayaraq Təbrizdə R.Rəzəvinin azadlığını tələb edən bannerlər asıblar. Təbrizin Heydərabad məntəqəsində asılan bannerlər üzərinə “Azərbaycanlı fəal Rəsul Rəzəvini azad edin” şüarı yazılıb.

 

Aclıq aksiyası bir aya yaxınlaşan fəalın sağlamlıq durumunun ağır olduğu bildirilir.

 

Bundan öncə R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymadı və başlatdığı aksiyanı davam etdirdi. O daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına başlamışdır. Fəal 28 gün aclıqdan sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırmışdır.

 

Təbrizli fəal müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb. O Azərbaycan türk millətinin demokratik və mədəni hüquqları uğrunda apardığı dinc mübarizəyə görə İran rejimi tərəfindən müxtəlif təzyiqlərə mərzuz qalıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

“Liqvan” pendirinə qarşı aparılan təbliğatdan sonra Güney Azərbaycanda “Mihən” məhsulları boykot edilib

2020-06-06

gun az article

Zəncan əyalətində baş verən iki yol qəzasında 4 nəfər ölüb, 2 nəfər yaralanıb

2020-06-06

gun az article

Ərdəbil əyalətində 45 yeni koronavirusa yoluxma halı aşkar edilib

2020-06-06

gun az article

GünazTV June .04.2020- Düşünməyə Çağrı: Türk Dünyası və Erməni Sorunu

2020-06-04

gun az article

GünazTV June.04.2020-Sözümüz: Azərbaycan Dirəniş Ədəbiyyatı

2020-06-04

gun az article

GünazTV June.05.2020: Azadlıq səsi: İranda irqçilik və inkar siyasəti

2020-06-05

gun az article

GünazTV June.05.2020-QADINCA: "İranda namus qətlləri"

2020-06-05

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03