Azərbaycanlı fəal Cəfər Rüstəmirad məhkəməyə çağırılıb

Azərbaycanlı fəal Cəfər Rüstəmirad məhkəməyə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Tehranın İnqilab Məhkəməsinə çağırılıb.

 

İnqilab Məhkəməsinin Müəllim Məntəqəsi Şöbəsi fəala göndərdiyi çağırış vərəqəsində ondan noyabrın 17-dək məhkəməyə müraciət etməsini istəyib.

 

Fəalın hansı səbəbdən məhkəməyə çağırıldığı hələlik məlum deyil.

 

Fəal avqustun 25-də Babək qalası mərasiminə qatılmağı planlaşdırdığı üçün məhkəmənin Evin zindanı şöbəsinə çağırılmışdır.

 

Azərbaycanlı fəal Babək qalası yürüşü ilə əlaqədar iyulun 2-də təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Yaxalandıqdan sonra Evin zindanının Ettelaat İdarəsinə məxsus olan 209-cu korpusuna köçürülən fəal 29 gün saxlandıqdan sonra 400 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Cəfər Rüstəmirad mədəni fəaliyyətlərinə görə ötən illərdə Təbriz, Əhər, Meşginşəhr (Xiyav), Ərdəbil və Astara şəhərlərinin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və həbs edilib.

 

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək onlarla fəalı yaxalayıb, çox sayda fəalı isə qalada saxlamışdır. Fəalların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN