Azərbaycanlı fəal Əkbər Cahangiri həbs edilib

Azərbaycanlı fəal Əkbər Cahangiri həbs edilib

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əkbər Cahangiri 4 aylıq həbs cəzasını çəkmək üçün həbs edilib.

 

Mayın 1-də Əhər zindanına aparılan fəal bu şəhərin cəza məhkəməsinin 1-ci şöbəsi tərəfindən “müxalif təşkilat və qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğ” kimi qondarma ittihamla üzləşib.

 

Ə.Cahanfiri daha bir neçə azərbaycanlı fəal, o cümlədən İbrahim Nuri ilə birlikdə 2016-ci il Rəməzan ayının son cümə gününə (İranda Qüds günü adlanır) bir gün qalmış  təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

 

Fəallar İran rejiminin zülmə məruz qalan Suriya türkmənləri, uyğur və Dağlıq Qarabağ müsəlmanlarına fərqli münasibət bəslədiyinə etiraz etməyə hazırlaşdıqları bir vaxtda Əhər şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub, barələrində dosye təşkil olunduqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

 

Ə.Cahangiri məhkəmə prosesi zamanı hakimin qarşı çıxmasına rəğmən özünümdüafiə mətnlərini türk dilində yazıb.

 

Ə.Cahangiri bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni fəaliyyətə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN