Azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədinin 3 illik həbsa cəzası Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

2018-10-03 09:36

GünAz TV: Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü Şöbəsi azərbaycanlı milli-mədəni fəal Hüseyn Əli Məhəmmədi haqda çıxarılan 3 illik həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb.

 

Bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi azərbaycanlı fəalı “İran İslam Respublikasının qurucusunu təhqir etmək” və “Sistemin əleyhinə təbliğat aparmaq”da günahlandıraraq müvəqqəti saxlandığı müddət hesab olunmaq şərti ilə barəsində 3 il həbs qərarı çıxarıb. Fəal birinci ittihama görə 2 il, ikinci ittihama görə 1 il həbsə məhkum edilib. Həbs hökmü şifahı olaraq elan olunub.

 

Apelyasiya Məhkəməsi, İnqilab Məhkəməsinin irəli sürdüyü ittihamları təsdiqləyərək fəalın etirazını rədd edib və həbs hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Hüseun Əli Məhəmmədi 2018-ci il fevralın 27-də təhlükəsizliki qüvvələri tərəfindən yaxalanaraq Təbrizin Mərkəzi Zindanında 5 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

2014-ü ildə Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi oxşar ittihamlar (“sistemin əleyhinə təbliğat aparmaq” və “rəhbəri təhqir etmək”) irəli sürərək Hüseyn Əli Məhəmmədini 3 il həbs cəzasına məhkum edib, hökm bir müddət sonra Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib. Həmin məhkəmə başqa bir hökmlə Hüseyn Əli Məhəmmədi və digər azərbaycanlı fəal Taha Kirmanini, hər birini 10 il azadlıqdan məhrum edib. Bu hökm sonralar Apelyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

 

Adı çəkilən fəallar 2013-cü il oktyabrın 5-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, onlar təxminən 6 ay saxlandıqdan sonra mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

Hüseyn Əli Məhəmmədi 3 illik həbs cəzası təsdiqləndikdən sonra 2015-ci il martın 1-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına aparılıb.

 

Hüseyn Əli Məhəmmədi həmçinin 2013-cü il sentyabrın 12-də “Traxtur”la “Mələvan” komandasının görüşündə Fərzad Məhdəvi ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o bir gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Fəal Təbrizin səhənd stadionunda yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb, boyun və bel nahiyyəsindən xəsarət alıb.

 

 

N.S

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18