Azərbaycanlı fəal İbrahim Nurinin mədəni fəaliyyəti haqda infoqrafik məlumat

Azərbaycanlı fəal İbrahim Nurinin mədəni fəaliyyəti haqda infoqrafik məlumat

GünAz TV: Ötən Babək qalası yürüşü ərəfəsində saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri təxminən 2 aydır ki, Tehranın Evin zindanının 209-cu korpusunda qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Aşağıda İ.Nurinin mədəni fəaliyyəti və onun saxlanılması ilə bağlı infoqrafik məlumat təqdim olunur:

-   2006-ci il fevralın 19-da Beynəlxalq Ana Dili Günü ilə əlaqədar İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

-   2006-cı il dekabrın 11-də Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü tədbirləri ilə əlaqədar “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

-   2007-ci il mayın 17-də Azərbaycan türk millətinin milli qiyamının 1-ci ildönümü tədbirləri ilə əlaqədar Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

-   2007-ci il noyabrın 6-da milli sərdar Səttarxanın şəhid olmasının ildönümü tədbiri ilə əlaqədar “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

-   2008-ci il fevralın 20-də Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

-   2009-cü il aprelin 7-də məhkəmə tərəfindən icrası 5 il müddətinə təxirə salınmaq şərti ilə 11 ay həbs cəzasına məhkum edilib.

-   2009-cu il mayın 22-də Azərbaycan türk millətinin milli qiyamının 3-cü ildönümü tədbirləri ilə əlaqədar Polis İdarəsinin təöhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

-   2010-cu il dekabrın 23-də “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılaraq sorğu-suala tutulub.

-   2011-ci il sentyabrın 3-də Urmu gölü böhranı ilə bağlı etirazlara görə “Sepah”ın təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb.

-   2011-ci il sentyabrın 9-da “Traxtur” futbol komandasının qələbəsi ilə bağlı keçirilən şənliklə əlaqədar Polis İdarəsinin təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

-   2012-ci il mayın 26-da milli qiyam zamanı canlarını fəda etmiş Sulduz şəhidlərinin vəfatının 6-cı ildönümü mərasimi ilə əlaqədar Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

-   2013-cü il yanvarın 28-də polis əməkdaşları tərəfindən saxlanılan fəal məhkəmə hökmü ilə Əhər zindanına aparılıb. O ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə ictimaiyyəti təşvişə salmaqda günahlandırılıb.

-   2014-cü il fevralın 20-də polis əməkdaşları tərəfindən saxlanılan fəal məhkəmə hökmü ilə Əhər zindanına aparılıb. O Beynəlxalq Ana Dili Günü ərəfəsində daxili təhlükəsizliyi pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqda ittiham olunub.

-   2015-ci il iyulun 10-da Qüds Günü (İranda belə adlanır) ilə əlaqədar “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

-   2015-ci il noyabrın 12-də polis əməkdaşları tərəfindən saxlanılan fəal məhkəmə hökmü ilə Əhər zindanına aparılıb. O məlum “Fitilə” televiziya verilişinə etiraz olaraq keçirilən aksiyalara qatıldığı üçün ölkədə təhlükəsizliyi pozmaq məqsədi ilə qanunsuz yığıncağa qatılmaqda ittiham olunub.

-   2016-cı il iyulun 17-də məhkəmə tərəfindən çağırılan fəal Əhər şəhərinin zindanına aparılıb. O təhlükəsizliyi pozmaq məqsədi ilə sözləşmə və toplaşmada günahlandırılıb.

 

İ.Nuri iyulun 2-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ettelaat İdarəsinin nəzarətində olan Evin zindanının 209-cu korpusuna aparılıb. Uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan fəalın ümumi vəziyyəti haqda heç bir məlumat yoxdur.

 

Fəal saxlanılmadan bir neçə gün əvvəl, Ettelaat İdarəsi ona və qardaşı Fərəc Nuriyə Babək qalası yürüşünə getməklə bağlı xəbərdarlıq edib. Onlara bildirilib ki, yürüşə qatılacağınız təqdirdə saxlanılacaqsınız.

 

Avqustun 17-də fəalın qardaşı mərhum Həbib Nurinin birinci ildönümü mərasimi keçirilib, həbsxanada saxlanılan İ.Nuri qardaşının yas mərasimində iştirak edə bilməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN