Azərbaycanlı fəal Kazım Səfabəxşın məhkəmə iclası keçirilib

2019-02-25 13:48

GünAz TV: Tehranın Evin zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxşın (Koroğlu) mühakimə olunduğu bildirilir.

 

Məhkəmə iclası fevralın 24-də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində keçirilib.

 

Məlumata görə, məhkəmə prosesində fəalın “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə sözləşmə və toplaşma” ittihamları ilə üzləşdiyi məlum olub.

 

Fəalın saxlanmasından 3 ay keçməsinə baxmayaraq onun barəsində vəsiqə qərarı çıxarılmayıb.

 

“Tehran Traxturçuları”nın lideri kimi tanınan Kazım Koroğlu 2018-ci il noyabrın 21-də Təbrizin “Traxtur” futbol komandası ilə “Perspolis”in Tehranda keçirilən görüşü ərəfəsində axşam saatlarında saxlanılıb, o hazırda Evin zindanının 4-cü korpusunda saxlanılır.

 

Bundan əvvəl azərbaycanlı fəallar Kazım Koroğlunun azadlığa buraxılması tələbi ilə Tehranda bildirişlər yayıb və “Traxtur” görüşlərində plakatlar nümayiş etdiriblər.

 

Kazım Koroğlu Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindəndir, lakin son vaxtlar Tehranda işləyir. O “Traxtur” komandasının Tehranda keçirdiyi görüşlərdə komanda tərəfdarları arasında xüsusi rol oynayır. Fəal bundan əvvəl də mədəni fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney azərbaycanlı milli fəal Səhənd Məali yenidən həbsxanaya qayıdıb

2020-09-25

gun az article

GünazTV Sep.24.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-25

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Məktəblərin Açılışı və Anadilimiz(1/2)-Qarabağda Savaş Başlarsa Nə Etməliyik?(2/2)

2020-09-25

gun az article

GünazTV Sep.24.2020 : “İran Prezidentinin “bəraət” cıxışı”

2020-09-24

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-24

gun az article

Milli fəal Qulam Quluzadə azadlığa buraxılıb

2020-09-24

gun az article

Azərbaycanlı milli fəal Abdulla Səduqi saxlanılıb

2020-09-24

gun az article

İranın ən böyük avtomobilqayırma zavodunun xəritəsində terror qruplaşmalarının Azərbaycana qarşı mövqeyinə yer verilib

2020-09-24

gun az article

Ərdəbildə uşaqlara türkcə ad verilməsinə qoyulan qadağaya qarşı divarlara şüarlar yazılıb + GÖRÜNTÜ

2020-09-24

gun az article

İnsan hüquqları cəmiyyəti: Təhsildə qarşılaşdığınız ədalətsizlikləri paylaşın + VİDEO

2020-09-24

gun az article

Milli fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyulub

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranın korona siyasətinin faciəsi davam edir, Avrupa, Amerikanın İrana son təhrimini sındıra bilər?

2020-09-24

gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23

gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23