Azərbaycanlı fəal Kiyumərs İslami müvəqqəti azadlığa buraxılıb

Azərbaycanlı fəal Kiyumərs İslami müvəqqəti azadlığa buraxılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami müvəqqəti olaraq Muğan zindanından sərbəst buraxılıb.

 

Fəal 37 gün saxlandıqdan sonra avqustun 9-da mülki vəsiqə qarşılığında azad edilib.

 

Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılması üçün ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması və hakimin prosesi uzatmasına etiraz olaraq iyulun 28-dən aclıq aksiyasına başlamışdır.

 

Fəal iyulun 3-ü sübh saatlarında, Babək qalası yürüşü ərəfəsində Parsabadda öz evində saxlanılıb. Ettelaat əməkdaşları fəalın evinə hücum çəkərək evdə axtarış aparıb, ona aid bir çox şəxsi əşyanı özləri ilə götürüblər. Fəal yaxalanarkən Ettelaat əməkdaşları tərəfindən döyülüb.

 

Bundan əvvəl fəalın müvəqqəti azadlığa buraxılması üçün 120 milyon riallıq mülki vəsiqə qərarı çıxarılıb. Ona qarşı irəli sürülən ittiham və ya ittihamlar barəsində hələlik heç bir məlumat yoxdur.

 

K.İslami saxlandığı zindanının rəisinin əmri ilə məmurlar tərəfindən işgəncə və təzyiqlərə məruz qalıb. O aclığa başladığı gündən oğrular və narkomanların saxlandığı bölümə aparılaraq cəzalandırılıb.

 

“Araz” adı ilə tanınan K.İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, mühakimə edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN