Azərbaycanlı fəal Lətif Həsəni Rəcayişəhr zindanından məzuniyyətə çıxıb

Azərbaycanlı fəal Lətif Həsəni Rəcayişəhr zindanından məzuniyyətə çıxıb

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Dr.Lətif Həsəninin qısa müddətli məzuniyyətə (murəxəsi) buraxıldığı bildirilir.

 

Məlumata görə, o martın 20-də Kərəcin Rəcayişəhr həbsxanasından 2 günlük evə buraxılıb.

 

Azərbaycanlı fəal 2013-cü il fevralın 6-dan həbsdədir, o bu müddətdə iki dəfə qısa müddətli məzuniyyətə çıxıb.

 

Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi 2013-cü il aprelin 29-da Lətif Həsəni, Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Qulizadəni qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Toplam olaraq 9 il həbsə məhkum edilən azərbaycanlı fəallardan hazırda təkcə L.Həsəni həbsdədir, digərləri bir neçə il həbsdən sonra sərbəst buraxılıb. L.Həsəninin ailəsinin cəhdləri isə bu günə qədər nəticə verməyib, məhkəmə onun şərti azadlığa buraxılmasını təmin etmir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN