Azərbaycanlı fəal Rza Zarei məhkəməyə çağırılıb

Azərbaycanlı fəal Rza Zarei məhkəməyə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Rza Zarei Təbriz məhkəməsinə çağırılıb.

 

Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi mayın 14-də elektron məktubu vasitəsi ilə fəalı məhkəməyə çağırıb.

 

Çağırış məktubuna görə, Rza Zarei iyunun 18-də məhkəməyə müraciət etməlidir.

 

Fəal fiziki şəxslərə məxsus lövhələri təxrib etmək, sistemin əleyhinə təbliğat aparmaq, təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ölkənin təhlükəsizliyinin əleyhinə sözləşmə və toplaşma kimi qondarma ittihamlarla üzləşib.

 

Rza Zarei ötən il payızın əvvəl ayında “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən Təbrizdə tutulub. O 17 gün Ettelaat İdarəsinin təcridxanasında və 3 gün Təbrizin Mərkəzi Zindanında saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN