Azərbaycanlı fəal Şahin Bərzgər təhlükəsizlik qüvvələrinə çağırılaraq təhdid edilib

Azərbaycanlı fəal Şahin Bərzgər təhlükəsizlik qüvvələrinə çağırılaraq təhdid edilib

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər son günlərdə İranın məhkəmə və təhlükəsizlik qüvvələrinin qondarma ittihamları ilə üzləşib.

 

Məlumata görə, fəal mərhum Həsən Dəmirçi ilə vida mərasiminə qatıldığına və zindanlarda həbs edilən azərbaycanlı fəallara dəstək verdiyinə görə təhlükəsizlik orqanlarına çağırılıb, o təhdid və təzyiqlər altında sorğu-suala tutulub.

 

Ötən günlərdə Polis İdarəsi Təhlükəsizlik Bölümünün əməkdaşları tərəfindən saxlanılan fəal, dindirildikdən sonra Təbriz zindanına aparılıb, o sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Sözdə sistemin əleyhinə təbliğat aparmaq və silahlı qüvvələrə qarşı bədbinlik yaratmaq ittihamı ilə üzləşən Ş.Bərzgər Hərbi Məhkəmənin birinci şöbəsində hakim Məleki tərəfindən mühakimə edilib, sonda fəalın 70 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılmasına qərar verilib.

 

Müşahidələr göstərir ki, məhkəmə və təhlükəsizlik orqanları qondarma ittihamlar irəli sürərək azərbaycanlı fəal barəsində dosye quraşdırmaq istəyirlər, belə hallara ötən illərdə dəfələrlə rast gəlinib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN