Azərbaycanlı fəal Səccad Monadi məhkəməyə çağırılıb

Azərbaycanlı fəal Səccad Monadi məhkəməyə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səccad Monadi Parsabad Şəhər Məhkəməsinə çağırılıb.

 

Məhkəmənin 102-ci şöbəsi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən fəal 2019-cu il yanvarın 5-dək məhkəməyə müraciət etməlidir.

 

Vərəqədə fəalın “İslam Cümhuriyyəti sisteminə qarşı təbliğat aparmaqla bağlı şikayətlə əlaqədar” məhkəməyə çağırıldığı qeyd olunub.

 

Azərbaycanlı fəal oktyabr ayında da Parsabad İnqilab Məhkəməsinin 1-ci Şöbəsinə çağırılmışdır.

 

Deyilənlərə görə, Parsabadın Ettelaat Şöbəsi Səccad Monadiyə qarşı uydurma dosye təşkil etməyə çalışır. Oxşar hadisə bundan əvvəl sarablı fəal Səhənd Məalinin dosyesində baş vermişdir.

 

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Parsabad Ettelaat Şöbəsinin rəisi Həzrəti də daxil olmaqla, Ettelaat əməkdaşları Səccad Monadinin ata evinə hücum çəkərək onu yaxalamaq istəyiblər, lakin fəal evdə olmadığı üçün bu mümkün olmayıb.

Evdə axtarış aparan məmurlar fəala aid kompüter, flash kart, pasport və milli kartı özləri ilə götürüblər.

 

 

Çağırış vərəqəsi:

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN