Azərbaycanlı fəal Səhənd Məalı müvəqqəti olaraq sərbəst buraxılıb

Azərbaycanlı fəal Səhənd Məalı müvəqqəti olaraq sərbəst buraxılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səhənd Məalı ailəsinin girov qoyduğu mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Fəal 9 gün saxlandıqdan sonra iyulun 14-də 300 milyon riallıq mülki vəsiqə qarşılığında azad edilib.

 

Bundan əvvəl Sarab Məhkəməsi Ettelaat İdarəsinin tapşırığı ilə fəalın dosyesi ilə əlaqədar araşdırmaların yekunlaşmadığını bəhanə edərək onun azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni qəbul etməkdən imtina edirdi.

 

Babək qalası yürüşü ilə əlaqədar saxlanılan fəalların əksəriyyəti ağır mülki vəsiqə qərarı ilə sərbəst buraxılıb, lakin azı 10 fəal hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

İyulun 5-də Təhlükəsizlik qüvvələri S.Məalinin ata evinə hücum çəkərək onu saxlamışdır. Məhkəmə hökmü təqdim etmədən evdə və fəalın atasının iş yerində axtarış aparan fəallar Məalı ailəsini təhdid edərək azərbaycanlı fəala aid bir sıra şəxsi əşya, o cümlədən kompüteri özləri ilə götürmüşdür.

 

İyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ilə əlaqədar müxtəlif şəhərlərdə təxminən 80 fəal saxlanıldı, onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə ağır igəncələrə məruz qalmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN