Azərbaycanlı fəal Yunis Quluzadə saxlanılıb- Təbrizdə

Azərbaycanlı fəal Yunis Quluzadə saxlanılıb- Təbrizdə

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Yunis Araz (Quluzadə) Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub, o bir gün saxlandıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Məlumata görə, aprelin 24-də azərbaycanlı fəalın iş yerinə hücum çəkən təhlükəsizlik qüvvələri onu yaxalayaraq Təbriz Kiber Polisinin təcridxanasına aparıblar.

 

Fəal bir gün saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Yunis Arazın “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamı ilə saxlandığı bildirilir.

 

Aprelin 19-da Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə “Peykan” arasında keçirilən görüş zamanı da yerli komanda tərəfdarları təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb, bir neçəsi tutulmuşdur. Aradan 8 gün keçməsinə rəğmən saxlanılan soydaşlarımızdan heç bir xəbər yoxdur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN