Azərbaycanlı fəallar Milad Hacilu və Məhəmməd Abazəri saxlanılıb – Xoy şəhərində

Azərbaycanlı fəallar Milad Hacilu və Məhəmməd Abazəri saxlanılıb – Xoy şəhərində

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində Milad Hacilu və Məhəmməd Abazəri adlı iki azərbaycanlı milli-mədəni fəal saxlanılıb.

 

Ettelaat əməkdaşları tərəfindən yanvarın 9-da saxlanılan fəallar naməlum iqtiqamətə aparılıb.

 

Fəalların yaxınları onların son günlərdə Xoy şəhərində rejimin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən kütləvi aksiyalarla əlaqədar saxlandığını düşünür.

 

Onların hal-hazırda harada saxlanıldığı dəqiq olaraq məlum deyil, lakin Ettelaat İdarəsinin təcridxanasında işgəncələr altında sorğu-suala tutulduqları ehtimal edilir.

 

Son günlərdə İran şəhərlərində keçirilən etiraz aksiyalarında 20-dən çox etirazçı təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü, minlərlə insan saxlanıldı. Azərbaycan şəhərlərində isə 100-dən çox etirazçının yaxalandığı bildirilir. Onların əksəriyyəti naməlum vəziyyətdə saxlanılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN