Azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadə saxlanılıb

Azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadə saxlanılıb

GünAz TV: İran rejiminin azərbaycanlı milli-mədəni fəallara təzyiqləri davam edir.

 

Son məlumata görə, Rza Cəfərlu və Əkbər Quluzadə Urmiyədə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Azərbaycanlı fəallar dekabrın 8-i axşam saatlarında saxlanılıb, lakin bu barədə yenicə xəbər yayılıb.

 

Hələlik fəalların hansı səbəbdən yaxalandığı və harada saxlandığı məlum deyil. Rza Cəfərlu və Əkbər Quluzadənin ailəsi onların vəziyyəti haqda məlumat əldə edə bilmədiyi üçün narahatdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN