Azərbaycanlı fəallar Yusif Sələhşur və Davud Mahmudi barəsində həbs, şallaq və cərimə hökmü çıxarılıb

Azərbaycanlı fəallar Yusif Sələhşur və Davud Mahmudi barəsində həbs, şallaq və cərimə hökmü çıxarılıb

GünAz TV: Təbriz 2 nömrəli Cəza Məhkəməsinin 112-ci şöbəsi mayın 14-də azərbaycanlı fəallar Yusif Sələhşur və Davud Mahmudi barəsində hökm çıxarıb.

 

Məlumata görə, hakim Məhəmmədəli Piri fəalların hər birini 2 il həbs, 74 şallaq zərbəsi və birlikdə bir adamın tam diyəsinin mində ikisi cəriməsinə məhkum edib.

 

Fəalların şikayətçisi Polis İdarəsi və onun bir əməkdaşıdır, onlar ümumi nizam-intizamı pozmaq və dövlət məmurları ilə qarşıdurma yaratmaq kimi qondarma ittihamlarla üzləşib.

 

Hökmün diyə ilə bağlı hissəsi qətidir, lakin həbs və şallaq qərarına etiraz etmək mümkündür.

 

Hökmdə alkolli içki içmək ittihamı ilə üzləşən Fərşid Bahari və Əli Şahiniyə isə bəraət verilib.

 

Qeyd edək ki, Xocalı qətliamının 27-ci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edib, bu ölkənin dini rəhbəri Əli Xamneyi və prezidenti Həsən Ruhani ilə görüşmüşdür. Onun Tehranda “Ararat” klubunda erməni icması ilə də görüşü olmuşdur. Görüşdə “Qarabağ Ermənistanındır, vəssalam” plakatı qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların kəskin etirazına səbəb olmuşdur.

Bundan sonra martın 1-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” takımı ilə “Sepahan” komandası arasında görüş oldu. Stadionda tamaşaçı qismində iştirak edən soydaşlarımız Nikol Paşinyanın Tehrana səfəri və ermənilərin Dağlıq Qarabağla bağlı qaldırdığı plakata etiraz edib, “Qarabağ bizimdir, bizim olacaq” kimi şüarlar səsləndirdilər. Oyun bitdikdən sonra təhlükəsizlik qüvvələri “Traxtur” tərəfdarlarına hücuma keçib onlardan bir neçəsini döyərək saxlamışdır. Yusif Sələhşur isə bundan bir gün sonra öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

 

Bu hadisədə saxlanılan fəalların hamısı təcridxanalarda ağır işgəncələrə məruz qalıb.

 

50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılan Yusif Sələhşur və Davud Mahmudi mayın 8-də Təbriz məhkəməsinə çağırılaraq mühakimə olunub, hakim onların sərbəst buraxılması üçün təyin etdiyi mülki vəsiqənin məbləğini 80 milyon tümənə qaldırıb. Fəallar təyin olunan vəsiqəni girov qoyduqdan sonra mayın 12-də sərbəst buraxılıb.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN