Azərbaycanlı fəallardan 4-ü Səreyn və Ərdəbil arasında yerləşən zindana köçürülüb

Azərbaycanlı fəallardan 4-ü Səreyn və Ərdəbil arasında yerləşən zindana köçürülüb

GünAz TV: Babək qalası yürüşünə bir neçə gün qalmış  saxlanılan azərbaycanlı fəallardan 4-ü Səreyn və Ərdəbil şəhərləri arasında yerləşən zindana intiqal edilib.

 

Bazar ərtəsi günü təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbildə saxlanılan Rəhim Qulami, Əsgər Əkbərzadə, Mehdi Huşmənd və Əli Vasiqi iyulun 3-də formal bir məhkəmə iclası keçirildikdən sonra Ərdəbil zindanına aparılmışdır.

 

Fəalların yeni zindana intiqal edilməsinə səbəb onların qətl və digər ağır cinayətlərdə günahlandırılan məhbuslarla eyni bölümdə saxlanılmasına etiraz etmələri olub.

 

Xəbər verdiyimiz kimi, iyulun 3-də axşam saatlarında Ərdəbil zindanında saxlanılan məhbuslarla azərbaycanlı fəallar arasında məqsədyönlü şəkildə planlaşdırılan dava baş vermişdir, zindan məsullarının təhriki ilə təşkil olunan qarşıdurmada azərbaycanlı fəallar müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

 

“Qarşıdurma zamanı Əli Vasiqinin baş nahiyyəsinə ağır zərbə endirilib. Gözündən xəsarət alan fəalın bir gözünün altı göyərib.

Əlbəyaxa dava zamanı Rəhim Qulamının dişi qırılıb və dodağı partlayıb.

Səid Sadiqifərin bir qabırğasının qırıldığı və bunun nəticəsində tənəffüs problemi ilə üzləşdiyi bildirilir.

Mehdi Huşmənd isə əl və ayaq nahiyyəsindən xəsarət alıb, o hazırda çətinliklə yeriyir”- deyə həbsxanadan gələn məlumatda bildirilmişdir.

 

İranın təhlükəsizlik qüvvələri ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək onlardan ən azı 21-ni saxlayıb.

Fəallardan bəziləri ev və ya iş yerlərində olmadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən təqib olunur.

 

Azərbaycanlı fəallar ənənəvi Babək qalası yürüşünün iyulun 5-i və 6-da keçiriləcəyinə qərar veriblər.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN