Azərbaycanlı mədəni fəal Rza Zarei saxlanılıb

Azərbaycanlı mədəni fəal Rza Zarei saxlanılıb

GünAz TV: Patron ləqəbi ilə tanınan azərbaycanlı mədəni fəal Rza Zarei Təbrizdə saxlanılıb.

 

Fəal İslam inqilabı Keşikçilər Korpusunun (“Sepah”) əməkdaşları tərəfindən bir həftə əvvəl saxlansa da, bu barədə məlumat oktyabrın 23-də yayılıb.

 

Ən çox virtual aləmdə mədəni fəaliyyətlə məşğul olan R.Zareinin hazırda “Sepah”ın təhlükəsizlik bölümünün təcridxanasında saxlandığı bildirilir.

 

GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata görə, fəalın saxlanması onun Təbrizdə saxta “Tavrij” adının yayılmasına qarşı apardığı mədəni fəaliyyətlə bağlıdır. Bundan əlavə, R.Zarei “Oyan Azərbaycan” Teleqram Kanalının müdiri olub, o kanalda panfarsist rejimin Azərbaycana qarşı gizli planlarını ifşa etməyə çalışıb.

 

İran rejimi Azərbaycan türk millətinin tarix və milli kimliyini təhrif etmək məqsədi ilə bir çox təhriflərə əl atır. Son vaxtlar bəzi məlum qüvvələr Təbriz adını təhrif edərək “Tavrij” kimi yazırlar. Bu ad nə qədər gülünc səslənsə də güney azərbaycanlı gənclərin kəskin etirazına səbəb olub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN