Azərbaycanlı məhbuslardan biri dodaqlarını tikərək aclıq aksiyası keçirir – Mərənd həbsxanasında

Azərbaycanlı məhbuslardan biri dodaqlarını tikərək aclıq aksiyası keçirir – Mərənd həbsxanasında

GünAz TV: Güney Azərbaycanın Mərənd şəhərinin zindanında həbs edilən məhbuslardan biri dodaqlarını tikərək aclıq aksiyasına başlayıb.

 

Adi ittihamlara görə həbs cəzasına məhkum edilən azərbaycanlı məhbus Cavad Rəhimzadə yanvarın 22-də aclığa başlayıb. O məhbusların həbsxanaya nəzarət edən hakim tərəfindən təzyiqlərə məruz qalması, həmçinin məhbuslar və görüş zamanı onların ailəsinə edilən hörmətsizliyə etiraz olaraq aclıq aksiyası keçirməyə qərar verib.

 

Cavad Rəhimzadənin yaxınlarından biri “Herana” agentliyinə bildirib ki, həbsxananın müavini cənab Soxənvər aclıq aksiyası keçirən məhbusla kobud danışıb, “inşallah cəsədivi təhvil verərik” deyə o bildirib.

 

Mənbə əlavə edib ki, həbsxanaya nəzarət edən hakim cənab Xani bir neçə ay əvvəl bu posta təyin olunub. O işə başladığı gündən məhbuslar və onların ailəsinə müxtəlif formalarda təzyiq göstərib.

“Xani bu müddətdə bir çox məhbusun məzuniyyətini ləğv edib. Onların ailəsi ilə görüşünü məhdudlaşdırıb, bəzi hallarda isə görüşlərini ləğv edib və s.”- deyə mənbə “Herana” agentliyinə bildirib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN