Azərbaycanlı milli-mədəni fəal 7 ay həbs cəzasına məhkum edilib

Azərbaycanlı milli-mədəni fəal 7 ay həbs cəzasına məhkum edilib

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əmir Səttari məhkəmə qərarı ilə 7 ay azadlıqdan məhrum edilib.

 

Təbrizin İnqilab Məhkəməsinin fəal haqda çıxardığı həbs qərarı Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsində təsdiqlənib. Fəalın milli təhlükəsizliyə qarşı sözləşmə və toplaşma kimi saxta ittihamla üzləşdiyi bildirilir.

 

Azərbaycanlı fəal 2018-ci il yanvarın 1-də Təbrizdə saxlanılmışdır.

 

Əmir Səttari bundan əvvəl virtual aləmdə apardığı fəaliyyətə görə Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində 6 ay həbs cəzasına məhkum edilib, hazırda dosyeyə Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü Şöbəsində baxılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN