Azərbaycanlı milli-mədəni fəal Hamid Abedi saxlanılıb / Babək qalasından sonra saxlanılan Yaşar Həsənpur müvəqqəti azadlığa buraxılıb

Azərbaycanlı milli-mədəni fəal Hamid Abedi saxlanılıb / Babək qalasından sonra saxlanılan Yaşar Həsənpur müvəqqəti azadlığa buraxılıb

GünAz TV: İyulun 8-də azərbaycanlı milli-mədəni fəal Hamid Abedi Təbrizdə saxlanılıb.

 

Fəalın yaxınları onun Ettelaat əməkdaşları tərəfindən yaxalandığını bildirir.

 

H.Abedininin harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

 

Hamid Abedi

 

Ötən həftə keçirilən Babək qalası yürüşündən qayıtdıqdan sonra Təbrizdə saxlanılan azərbaycanlı fəal Yaşar Həsənpurun isə müvəqqəti olaraq azadlığa buraxıldığı bildirilir.

 

Şənbə günü 3 mülki geyimli şəxs tərəfindən öz evində yaxalanan fəal iki gün saxlandıqdan sonra iyulun 9-da 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Yaşar Həsənpur

 

Təbriz İnqilab Məhkəməsinin 27-ci Şöbəsi Y.Həsənpuru sistemin əleyhinə təbliğ etməkdə günahlandırıb.

 

Babək qalası yürüşü ilə əlaqədar Güney Azərbaycanda təxminən 80 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onların əksəriyyəti yaxalandığı zaman və ya təcridxanalarda döyülərək işgəncə edilib, bunun nəticəsində azərbaycanlı fəallar müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Son üç gün ərzində saxlanılan fəallardan bir neçəsi sərbəst buraxılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN