Azərbaycanlı milli-mədəni fəal Rəhim Sasani saxlanılıb

Azərbaycanlı milli-mədəni fəal Rəhim Sasani saxlanılıb

GünAz TV: İyulun 1-də Təbrizdə azərbaycanlı milli-mədəni fəal Rəhim Sasani evindən çıxarkən Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

Hələlik harada saxlandığı bilinməyən fəalın hansı ittihamla yaxalandığı məlum deyil.

 

R.Sasaninin yaxınlarından biri onun Təbriz Ettelaat İdarəsinin təcridxanasına aparıldığı ilə bağlı GünAz TV-yə məlumat verib.

 

Son vatxlar İranda milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Kəskin iqtisadi tənəzzüllə üzləşən rejim ölkədə istənilən mədəni fəaliyyəti rejimin mənafeyinə zidd hesab edir və bu meyarla demokratik və milli hüquqların təmini uğrunda çalışan fəallara təzyiq göstərir.

Hazırda İranda siyasi məhbusların əksəriyyətini qeyri-fars millətlərinə mənsub milli-mədəni fəallar təşkil edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN