Azərbaycanlı milli-mədəni fəal Səid Minayi məhkəmədə bəraət qazanıb

Azərbaycanlı milli-mədəni fəal Səid Minayi məhkəmədə bəraət qazanıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səid Minayi “ictimaiyyəti təşvişə salmaq məqsədi ilə yalan şayiə yaymaq” ittihamından bəraət qazanıb.


Binabın 2 nömrəli Məhkəməsinin 103-cü şöbəsi “Milli düşüncə” Teleqram kanalının müdirinə İran konstitusiyasının 37-ci maddəsini rəhbər tutaraq bəraət verib.


Fəal İran prezidenti Həsən Ruhaninin Təbrizə səfəri zamanı aprelin 23-dən 24-nə keçən gecə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o 2 gün saxlandıqdan sonra 150 milyon riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.


Azərbaycanlı fəal Urmu gölü böhranı ilə bağlı idarə etdiyi kanalda etiraz aksiyasına çağırış etdiyi üçün saxlanılıb. Həsən Ruhaniyə etiraz olaraq nəzərdə tutulan aksiyaya çağırış digər teleqram kanallarında da geniş yayılmışdır. Çağırış mətnində “Urmu gölü ölməsin – Duz çölünə dönməsin” şüarı da qeyd olunmuşdur.


Əslində Binab şəhərinin sakini olan Səid Minayinin etiraz etdiyi Urmu gölü böhranı milyonlarla azərbaycanlının gündəmindədir. İran prezidenti Həsən Ruhani seçkiqabağı təbliğat-təşviqat dönəmində gölü böhrandan qurtarmaq, həmçinin türk dili və ədəbiyyatı mədəniyyət evinin təsis edəcəyi ilə bağlı Azərbaycan türk millətinə vədlər vermişdir, lakin aradan illər keçməsinə baxmayaraq verilən vədlərin heç biri yerinə yetirilməyib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN