Azərbaycanlı şair və yazıçı barəsində çıxarılan şallaq hökmü icra olunub – Xoy şəhərində / GÖRÜNTÜ

Azərbaycanlı şair və yazıçı barəsində çıxarılan şallaq hökmü icra olunub – Xoy şəhərində / GÖRÜNTÜ

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Xoy şəhərində tanınmış şair, yazıçı və “Sözbaz news” Teleqram kanalının müdiri Məhəmməd Hüseyn Sodagər barəsində çıxarılan şallaq hökmü icra olunub.

Ona 76 şallaq zərbəsi vurulduğu bildirilir.

 

Buna səbəb Xoy Şəhər Şurasının rəisi Məcid Müqəddəmin yazıçıdan şikayət etməsidir.

 

Məlumata görə, Ettelaat İdarəsi və təhlükəsizlik qüvvələrinin əlaltısı olan Məcid Müqəddəm məhkəmə orqanlarında olan nüfuzundan istifadə edərək sözdə müttəhim barəsində çıxarılan ədalətsiz qərarı təsdiq etdirdikdən sonra onu ocra etdirilməyə nail olub.

 

“Sözbaz news” Teleqram kanalında göründüyü kimi, azərbaycanlı yazıçı Şura rəisinin doktorluq diplomu haqda ona bir neçə sual ünvanlayıb. O göstərib ki, Məcid Müqəddəmin yalnız yüksək lisans diplomu var və doktor olması ilə bağlı iddiası yalandır.

Məcid Müqəddəm bundan əvvəl seçkiqabağı təbliğat-təşviqat dönəmində reklam posterlərində doktor olaraq Şəhid Beheşti Universitetində müəllim işlədiyini yazıb. Halbuki, həmin universitetin müəllimlər siyahısında Məcid Müqəddəm adına rast gəlinmir.

 

Məhkəmə azərbaycanlı şairi bu məsələni ifşa etdiyinə görə 76 şallaq zərbəsinə məhkum edib.  

 

Dəhşətli hökmün icra olunması Xoy ictimaiyyəti və azərbaycanlı milli-mədəni fəalların kəskin etirazı ilə qarşılanıb, bu məsələ sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN