Babək qalası yürüşü ilə əlaqədar saxlanılan fəallar işgəncə edilib – GÖRÜNTÜ

2018-07-09 13:20

GünAz TV: İyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşündən əvvəl və həmçinin qalada təxminən 80 nəfər milli-mədəni fəal saxlanılmışdır, onların əksəriyyəti yaxalanarkən və təcridxanalarda döyülərək işgəncə edilib.

 

İnşgəncə edilən fəallardan bəziləri azadlığa buraxıldıqdan sonra özlərinin təcridxanadakı şəkillərini yayıblar, şəkillərdə onların amansızcasına döyülüb və işgəncə edildiyi görünür.

 

Məhəmməd Colani və Meysəm Colani Kəleybər zindanından sərbəst buraxıldıqdan sonra işgəncə edildiklərinə dair görüntülər paylaşıblar. Şəkillərdə ərdəbilli fəal Məhəmməd Colaninin ayaq nahiyyəsindən zərbə aldığı və ayağının göyərdiyi görünür. Fəalın bədənində başqa göyərmələr də müşahidə olunub.

 

Ərdəbilli digər fəal Meysəm Colani də oxşar vəziyyətdədir. Onun işgəncələr nəticəsində bədəninin bir neçə yerində göyərmə əmələ gəlib.

 

 

 

Hazırda Məhəmməd və Meysəm Colaninin çox çətinliklə yeridikləri bildirilir. Hər iki fəal iyulun 5-də Babək qalasına gedərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdır.

 

İyulun 5-də Kəleybərdə saxlanılan digər azərbaycanlı fəal Murtaza Pərvin də təhlükəsizlik qüvvələri tərəfindən döyülərək işgəncə edilib. Bundan əvvəl şiddətli bel ağrısından əziyyət çəkən fəal rejimin təhlükəsizlik əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb, o bel nahiyyəsindən aldığı zərbəyə görə hazırda ağır vəziyyətdədir. M.Pərvinin vəziyyəti xüsusi nigaranlıq doğurur.

 

 

Azadlığa buraxılan fəallardan bir neçəsi isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan urmiyəli fəal Qulam Quluzadə haqqında belə deyib: “Q.Quluzadə yaxalandıqdan sonra elə döyülüb və işgəncə edildi ki, onun halı tam pisləşdi. O hətta bir gecə Kəleybər Polisinin poliklinikasında həkim nəzarətində saxlanıldı. O sonra poliklinikadan çıxarılaraq Urmiyə prokurorunun göstərişi ilə bu şəhərin zindanına aparıldı.”

 

Təhlükəsizlik qüvvələrinin təcridxanalarında və ya yaxalanarkən döyülüb işgəncə edilən fəalların kimliyi bundan ibarətdir:

Ayət xeyrcu (baş və qulaq nahiyyəsindən zərbə alıb, üz-gözünü qan götürüb), Rəhim Novruzi (başı qırılıb, əl-ayağı göyərib), Murtaza Pərvin (bel nahiyyəsinə xəsarət yetirilib) , Məhəmməd Colani (ayaq, baş, göz və qol nahiyyəsinə xəsarət yetirilib), Meysəm Colani, Sədulla Sasani, Milad Əkbəri, Tohid Əmir Əmini, Cavad Əhmədi Yekanlı, Məhəmməd Mərdi, Əli Ruhbəxş, Möhsün İsmaili, Yusif Kari və Məhəmməd Azadi müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Bundan əlavə, iyulun 3-də axşam saatlarında Ərdəbil zindanında saxlanılan məhbuslarla azərbaycanlı fəallar arasında məqsədyönlü şəkildə planlaşdırılan dava baş vermişdir, zindan məsullarının təhriki ilə təşkil olunan qarşıdurmada azərbaycanlı fəallar müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

 

“Qarşıdurma zamanı Əli Vasiqinin baş nahiyyəsinə ağır zərbə endirilib. Gözündən xəsarət alan fəalın bir gözünün altı göyərib.

Əlbəyaxa dava zamanı Rəhim Qulamının dişi qırılıb və dodağı partlayıb.

Səid Sadiqifərin bir qabırğasının qırıldığı və bunun nəticəsində tənəffüs problemi ilə üzləşdiyi bildirilir.

Mehdi Huşmənd isə əl və ayaq nahiyyəsindən xəsarət alıb, o hazırda çətinliklə yeriyir”- deyə həbsxanadan gələn məlumatda bildirilmişdir.

 

Babək qalası yürüşü iyulun 5-i və 6-da keçirilib. Bu hadisə ilə bağlı saxlanılan təxminən 80 fəaldan 30-u artıq sərbəst buraxılıb, azadlığa çıxan fəallar təcridxanalarda ağır işgəncə edildiklərindən şikayətlənirlər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17