Babək qalası yürüşü ilə əlaqədar saxlanılan fəallardan 30-u azadlığa buraxılıb

Babək qalası yürüşü ilə əlaqədar saxlanılan fəallardan 30-u azadlığa buraxılıb

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycanda keçirilən ənənəvi Babək qalası yürüşü ilə əlaqədar çox sayda milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Saxlanılan fəallardan 70-nin kimliyi müəyyən edilib, bu barədə keçmiş xəbərlərimizdə məlumat verilib.

 

Əldə etdiyimiz son informasiyaya görə, şənbə günü axşam saatlarına qədər tutulan fəallardan 30-nun azadlığa buraxıldığı bildirilir.

 

Onların kimliyi bundan ibarətdir:

1.Əli (Ayət) Xeyrcu 2.Tohid Əmir Əmini 3.Məhəmməd Colani 4.Meysəm Colani 5.Cavad Əhmədi Yekanlı 6.Möhsün İsməili 7.Əli Ruhbəxş 8.Rəhim Novruzi 9.Pərviz Kari 10.Sədulla Sasani 11.Məhəmməd Mərdi 12.Milad Əkbəri 13.Səccad Colani 14.Aydın Zakiri 15.Mehdi Qulabi 16.Fərhad Ciddi 17.Məhəmməd Xakpur 18.Həmid Ədib 19.Firuz Moini 20.Fərəc Nuri 21.Mehdi Dustdar 22.İrəc Şirzad 23.Səccad Şohiri 24.Musa Ziya Gərgəri 25.Məhərrəm Kərimi 26.Davud Əzimzadə 27.Behzad Xudayari 28.Səid Sultani 29.Babək Kiyumərsi 30.Murtaza Məhəmmədi (20 milyon tümənlik mülki vəsiqə qarşılığında).

 

Azadlığa buraxılan fəalların bir çoxu yaxalanarkən döyüldüklərini bildiriblər. Məlumata görə bu hadisədə Ayət xeyrcu, Rəhim Novruzi, Murtaza Pərvin, Məhəmməd Colani, Meysəm Colani, Sədulla Sasani, Milad Əkbəri, Tohid Əmir Əmini, Cavad Əhmədi Yekanlı, Məhəmməd Mərdi, Əli Ruhbəxş, Möhsün İsmaili, Yusif Kari və Məhəmməd Azadi müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Hazırda təxridxanalarda saxlanılan təxminən 40 azərbaycanlı fəal haqda geniş məlumat yoxdur, onların əksəriyyətinin harada saxlandığı məlum deyil.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN