Babək qalası yürüşündən əvvəl tutulan daha iki fəalın kimliyi müəyyənləşib

Babək qalası yürüşündən əvvəl tutulan daha iki fəalın kimliyi müəyyənləşib

GünAz TV: İyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşündən əvvəl saxlanılan daha iki fəalın kimliyi müəyyənləşib.

 

Məlumata görə, Xosrovşah sakini Məhəmmədrza Dehqani və Təbriz sakini Əmin Raminfər hal-hazırda Təbrizin Mərkəzi Zindanında saxlanılır.

 

Bu barədə məlumat fəalların saxlanılmasından 10 gün keçdikdən sonra yayılıb. İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) əməkdaşları hər iki fəalın ailəsini təhdid edərək bildiriblər ki, onların saxlanılması xəbəri mətbuata çıxarılmamalıdır.

 

Fəalların iyunun 28-də öz iş yerlərində “Sepah” üzvləri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparıldığı bildirilir.

 

Fəalların ailə üzvləri müxtəlif orqanlara müraciət etdikdən və Məhəmmədrza Dehqani Təbrizin Mərkəzi Zindanından zəng etdikdən sonra onların saxlandığı yer məlum olub. Fəallar Təbriz zindanına gətirilmədən “Sepah”ın təcridxanasında sorğu-suala tutulub.

 

Babək qalası yürüşü ilə əlaqədar Güney Azərbaycanda təxminən 80 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onların əksəriyyəti yaxalanarkən məmurlar tərəfindən döyülüb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN