Beynəlxalq Ana Dili Günü mərasiminə qatılan güney azərbaycanlı fəalların apellyasiya şikayətinə baxılacaq

2019-12-22 20:15

GünAz TV: Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində Beynəlxalq Ana Dili Günü mərasiminə qatılan güney azərbaycanlı fəalların apellyasiya şikayətinə baxılacaq.

 

Məlumata görə, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlının dekabrın 23-də məhkəmə iclası keçiriləcək.

 

Adını çəkdiyimiz fəallar 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs cəzasına məhkum edilib. Onlar ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə cəmiyyət yaratmaqda günahlandırılıb.

 

1- Əlirza Fərşi 15 il həbs və 2 il Xuzistan Əyalətinin Bağməlik şəhərinə sürgün edilmə hökmü ilə üzləşib.

2- Əkbər Azad 10 il həbs və 2 il İlam Əyalətinin Dərreşəhr şəhərinə sürgün edilmə hökmü ilə üzləşib.

3- Behnam Şeyxi 10 il həbs və 2 il Xuzistan Əyalətinin “Məscid Süleyman” şəhərinə sürgün edilmə cəzası ilə üzləşib.

4- Həmid Manafi Nadarlı 10 il həbs və 2 il Loristan Əyalətinin Azna şəhərinə sürgün edilmə cəzası ilə üzləşib.

 

Sözügedən dosye ilə əlaqədar güney azərbaycanlı fəal Siyamək Mirzayi də 10 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdir, onun hökmü sonralar apellyasiya məhkəməsində 3 il həbs və 1 il sürgün cəzası ilə dəyişdirildi. Hazırda Qain şəhərində sürgündə olan Siyamək Mirzayi Evin zindanında həbs cəzasının başa çatmasına bir neçə gün qalmış yeni ittihamla (sistemin əleyhinə təbliğat aparmaq) üzləşdi. Qiyabi olaraq mühakimə olunan fəal 1 il həbsə məhkum edilib. Onun həmin ittihama görə ölkədən çıxışına da 2 il müddətinə qadağa qoyulub.

 

Xatırladaq ki, 2014-cü il fevralın 21-də Tehranın Nəşsimşəhri ilə eyni zamanda Güney Azərbaycanın bir neçə şəhərində Beynəlxalq Ana Dili Günü ilə bağlı mərasimlər keçirildi. Əhər şəhəri və Nəsimşəhrdə keçirilən mərasimlər təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldı, hücum zamanı Əhər və Nəsimşəhrdə təxminən 80 güney azərbaycanlı milli-mədəni fəal saxlanıldı. Nəsimşəhrdə tutulan Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlı istisna olmaqla saxlanılan fəallar sonralar məhkəmə tərəfindən sərbəst buraxılıb. Adını çəkdiyimiz 4 fəalın siyahısına sonralar Siyamək Mirzayi də əlavə olunmuşdur.

 

Beynəlxalq Əfv Təşkilatı dəfələrlə bəyanat yayaraq İranda qeyri-fars millətlərinə mənsub mədəni fəallara bəraət verilməsi və onların qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23

gun az article

İran hökuməti Təbrizdən İrəvana aviareys açmağa hazırlaşır

2021-06-23

gun az article

Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23

gun az article

Təbrizdə özbaşınalıq: Bələdiyyə məmurları yaşlı qadının evini dağıdıb-VİDEO

2021-06-23

gun az article

Qərbi Azərbaycanda zəlzələ baş verib

2021-06-23

gun az article

GünazTV June.22.2021-Özümüz: Türkçülük Qılığında Azerbaycan Düşmənliyi

2021-06-23

gun az article

GünazTV June.22.2021-GÜNDƏM MASASI: İrandakı “seçkilər” və kütlənin siyasi mesajı.

2021-06-22

gun az article

"BBC Persian"dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

2021-06-22

gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22