Bir həftə öncə saxlanılan güney azərbaycanlı fəal Məhəmməd Mahmudidən heç bir xəbər yoxdur

Bir həftə öncə saxlanılan güney azərbaycanlı fəal Məhəmməd Mahmudidən heç bir xəbər yoxdur

GünAz TV: Ötən günlərdə İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə gecə saatlarında oğurlanan güney azərbaycanlı milli-mədəni fəal barəsində heç bir xəbər yoxdur.

 

Bu vəziyyət Məhəmməd Mahmudinin ailəsinin nigaranlığına səbəb olur. Onlar bildirir ki, bir həftə öncə saxlanılan Məhəmmədin vəziyyəti barədə heç bir məlumata malik deyillər.

 

Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Məhəmməd Mahmudi noyabrın 17-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu müddətdə onun vəziyyəti haqda ailəsinə heç bir məlumat verilməyib.

 

Məhəmməd Mahmudi Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə bundan əvvəl də saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN